8 Yanvar 2017 18:34
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şotlandiya Milli Parlamentinin lideri xanım Nikola Sturgeon jurnalistlərə müsahibəsində deyib ki, əgər “Brexit” prosesi istənilən nəticəni verməsə Şotlandiya Böyük Britaniyadan ayrılmaq üçün 2-ci referenduma gedəcək.

Onun sözlərinə görə, hələ indiyə qədər Britaniya Baş nazirinin “Brexit” haqqında dəqiq planı yoxdur: “Bu bizi çox narahat edir. Şotlandiya referendumda Avropa İttifaqında (Aİ) qalmaq lehinə səs verib və şotlandlar Aİ-dən ayrılmağa narazıdır. Ümidlərimiz, Aİ-dən ayrılsaq belə ən azından ticarət imkanlarından məhrum olmamaqdır. Başqa cür olsa Şotlandiya daxil bütün Birləşmiş Krallıq firmaları zərər görəcəkdir”.


Müəllif:

Oxşar xəbərlər