Türkiyə Silahlı Qüvvələri sutka ərzində Suriyanın Əl-Bab, Bzaqah, Kəbir əl-Mülk və digər rayonlarında İŞİD terror qruplaşmasının 32 üzvünü zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahına istinadən "Anadolu" agentliyi məlumat yayıb.
Xəbərə görə, yaraqlıların 292 obyektinə, o cümlədən komanda məntəqələri, müdafiə istehkamları və qərargahlarına raket və artilleriya zərbələri endirilib. Eyni zamanda 23 əldəqayırma partlayıcı qurğu məhv edilib.