ABŞ prokurorluğu BMT-nin sabiq baş katibi Pan Gi Munun qohumlarını dövlət məmuruna rüşvət verməkdə ittiham edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Munun kiçik qardaşı və qardaşı oğlu layihələrinin həyata keçməsi üçün Orta Şərqdə yerli məmurlardan birinə pul təklif etməkdə təqsirləndirilir:
"2013-ci ilin əvvəlində Munun qardaşının icraçı rəhbər olduğu Cənubi Koreyanın "Keangnam" adlı inşaat firması artan borcla üzləşib və Vyetnamda "Landmark 72" kimi tanınan kompleksi satmaq istəyib. Onlar milyonlarla dollar rüşvət müqabilində adı çəkilməyən Orta Şərq ölkəsində dövlət büdcəsindən istifadə etməklə həmin kompleksi satmağa cəhd göstərib".
Məlumatlara görə, hər iki şəxs zamin müqabilində azadlığa buraxılıb. Faktla bağlı araşdırmalar davam edir.
Samir