ABŞ-ın "BuzzFeed" xəbər portalı bu ölkənin yeni prezidenti Donlad Trampla bağlı şok iddia ilə çıxış edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, iddiada Trampın 2013-cü ildə Moskvaya səfəri zamanı qaldığı "Ritz Carlton" otelində fahişələrlə əyləndiyi bildirilib.
Qeyd edilib ki, Rusiya Fedral Təhlükəsizlik Xidmətində bu anları əks etdirən xüsusi görüntülər var.
Məlumatın yayılmasından sonra ABŞ-ın "Penthouse" kişi jurnalı Tvitter hesabında maraqlı təklif irəli sürüb: "Biz FTX-ya bu görüntülərə görə 1 milyon dollar təklif edirik".
Kremlin sözçüsü Dmitri Peskov isə məsələ ilə bağlı heç bir məlumatı olmadığını deyib.
Elvin