İstanbulda gecə klubundakı hücuma görə iki uyğur həbs olunub
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Omar Asim və Abuliezi Abuduhamiti 39 adamın ölümünə səbəb olan terroru planlaşdırmaqda ittiham edilirlər.
Turkiyə hakimiyyət orqanları ötən həftə deyib ki, gecə klubundakı qətliamı törədən şəxsin uyğur əsilli olması güman edilir.
Hadisə ilə bağlı 35 nəfərin həbs edildiyi bildirilir.
Çində yaşayan uyğurlar türk mənşəli və müsəlman dininə mənsubdurlar.
Özünü İslam dövləti adlandıran qrup hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb, bildirib ki, bu, Türkiyə hərbisinin Suriyaya girməsinə cavabdır.