Çin hökuməti ABŞ-ın yeni prezidenti Donald Trampa xəbərdarlıq məktubu ünvanlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sənəd Çinin "China Daily" rəsmi qəzetində dərc olunub.
Xəbərdarlıq məktubu Trampın vəzifə səlahiyyətlərinə başladıqdan sonra Tayvanla əlaqələri yaxşılaşdırmaq fikirləri ilə bağlı olub:
"Tayvan məsələsi müzakirə edilə bilməz. Dünyada vahid Çin Xalq Respublikası var. ABŞ-ın oynadığı "Tayvan oyunu"nun ağır və gözlənilməz nəticələri ola bilər. Pekin bu məsələdə heç kimin gözünün yaşına baxmayacaq".
Qeyd edək ki, Tramp seçkilərədə qalib gəldikdən sonra Tayvan lideri Tsai İng-ven ilə telefon danışığı aprmışdı. Bu, Pekin hökuməti tərəfindən kəskin etirazla qarşılanmışdı.
1949-cu iləd Mao Zıdonqun hakimiyyətə gəlməsindən sonra Çinin bəzi hökumət nümayəndələri Tayvana gedərək, orada müstəqillik elan etmişdilər. Hazırda Tayvanın müstəqilliyini 22 ölkə tanıyır.
Samir