İraq ordusu İraq Şam İslam Dövlətini (İŞİD) Mosulun şərq hissəsindən təmizlədiyini və bölgəyə nəzarəti tam ələ keçirdiyini bəyan edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İraq ordusu Mosulu İŞİD-dən geri almaq üçün ötən ilin sonlarından hərbi əməliyyatlara başlayıb. Ancaq İŞİD-ə bağlı qüvvələrin duruş gətirməsi əməliyyatların uzanmasına səbəb olub. Xüsusilə İŞİD-ə bağlı olan sərrast snayperlər, canlı bombalar və artilleriya hücumlarına qarşı görülən tədbirlər İraq ordusunun irəliləməsini ləngidə bilib. Təxminən Mosul iki ildən çoxdur ki, İŞİD adlı terror şəbəkəsinin nəzarətində idi. İraq ordusunun son açıqlamasından isə bəlli olur ki, Bağdaddan sonra İraqın ikinci böyük şəhəri hesab olunan Mosul artıq dövlətin kontroluna keçib.
Cavad