Yanvarın 1-də İstanbulun “Reina” gecə klubunda terror aktı törədən Abdulkadir Maşaripovun təlim keçdiyi düşərgə ilə bağlı məlumatlar yayılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstanda yerləşən düşərgədə türk dilində danışan uyğur, öbzək, qazax, qırğız, azərbaycanlı, türkmən və dağıstanlı döyüşçülərə təlim keçilir.
İŞİD-in bu terrorçuları hazırlamaqda əsas məqsədi Türküstanı təsir dairəsinə salmaqdır. Terrorçular burada “Türkistan İslam Ordusu” adı altında birləşiblər. Məlumatlara görə, onların arasında "Əl-Qaidə" terror qruplaşmasının döyüşçüləri də var.
Düşərgə Əfqanıstan və Pakistan arasındakı Tora Bora dağları arasında yerləşir. Silahlılar təlimdən sonra İraq və Suriyaya göndərilir.
Samir