27 Yanvar 2017 14:40
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan orduda ciddi korrupsiya faktları olduğunu etiraf edib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, nazir jurnalistlər üçün keçirdiyi brifinqdə korrupsiya ilə qətiyyətlə mübarizə aparmağa kökləndiyini deyib. 118 gündür nazir postunda olduğunu söyləyən Vigen Sarkisyan kiminsə ordunun imkanları hesabına zənginləşməsinə imkan verməyəcəyi barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, ordu üçün alınacaq bütün təchizatların aşağı qiymət və yüksək keyfiyyətli olmasına çalışacaq: “Əgər fors-major vəziyyət yoxdursa, bağlanmış müqavilələr tamamilə yerinə yetirilməlidir. Vicdansız sahibkarlarLa qanunun bütün ciddiliyi ilə davranacağıq. Cəzanın növləri müxtəlif ola bilər – cərimələrdən tutmuş cinayət təqibinə qədər”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər