28 Yanvar 2017 16:44
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-da hərbi xidmətdə olan təxminən 40 türk zabiti Almaniyadan siyasi sığınacaq istəyib.

Teleqraf.com xəbər verir ki, bu xəbəri Almaniya mediası yayıb. Xəbərdə qeyd edilir ki, zabitlərin çoxu yüksək rütbəli şəxslərdir. Məlumata görə, Federal Miqrasiya Xidməti və Almaniya Daxili İşlər Nazirliyi bu əsgərlərin müraciəti ilə əlaqədar normal prosedura tətbiq edəcək.

Məlumat üçün qeyd edək ki, bu haqda xəbəri ilk olaraq həftəlik “Spigel” jurnalı yayıb. Həmçinin ADR adlı televiziyada yayımlanan “Report Mainz” adlı proqramda da bu haqda bəhs edilib.

Cavad


Müəllif:

Oxşar xəbərlər