Xəbər verdiyimiz kimi, naməlum şəxslər Kanadanın Kvebek şəhər məscidinə hücum edib.
Məlumatlara görə, hadisə zamanı ölənlərin sayı 6-ya çatıb. İnsident nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib.
Yerli mediada hadisə yerindən ilk kadrlar yayımlayıb. Həmin videonu təqdim edirik:
Saat 09:57
Kanadanın Kuebek şəhərindəki məscidlərdən birində terror aktı törədilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, naməlum silahlılar namaz vaxtı insanlara atəş açıb. İlkin məlumatlara görə, hadisə zamanı 5 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Silahlıların 3 nəfər olduğu bildirilib. İnsidentlə əlaqədar 2 şübhəli saxlanılıb. Yerli medianın yaydığı xəbərdə hadisə zamanı məsciddə 100-ə yaxın şəxs olub.
Olaydan dərhal sonra “Twitter” üzərindən açıqlama verən Kanadanın baş naziri Castin Tryudo hadisəni terror aktı adlandırıb.
Samir