30 Yanvar 2017 12:24
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 16 ştatın baş prokurorunun prezident Donald Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə girişini qadağan edən fərmanı ilə əlaqədar etiraz məktubu yayımlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlar bu fərmanın ABŞ qanunlarına zidd olduğunu bildiriblər: "130 milyondan çox amerikalı və ştatlarımızdakı əcnəbilərin baş prokurorları olaraq prezident Donald Trampın konstitusiyaya və ABŞ dəyərlərinə zidd və qeyri-qanuni fәrmanını qınayırıq".

Dini azadlığın ABŞ-ın əsas prinsipi olduğu qeyd olunan məktubda heç bir prezidentin bu həqiqəti dəyişdirә bilmәyәcәyi vurğulanıb.

Məktubda Nyu-York, Vaşinqton, Kaliforniya, Pensilvaniya, Massaçussets, Havay, Virciniya, Oreqon, Konnektikut, Vermony, İllinoys, Nyu Mexiko, Ayova, Men, Los Anceles və Mariland ştatlarının baş prokurorlarının imzaları var.

Samir


Müəllif:

Oxşar xəbərlər