"Belə ayrı-seçkilik yaradan addımlar ifrat qrupların çıxışlarını daha da kəskinləşdirəcək".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözlər İslam Əməkdaşlıq Təşkilatının ABŞ prezidenti Donald Trampın dünən imzaladığı miqrasiya fərmanına qarşı bəyanatında yer alıb.
Açıqlamada bildirilir ki, bu addım zorakılıq və terrorçuluq tərəfdarlarını daha da gücləndirəcək və vəziyyəti gərginləşdirəcək.
Bu arada, İraq parlamenti də Trampın bu addımını pisləyib. Parlamentdə ABŞ-ın fəaliyyətinə qarşı addımların atılması təklif olunub.
Qeyd edək ki, həmin fərmana əsasən, 7 müsəlman ölkəsindən mühacirəti 90 günlük müddətə dayandırıb. Prezident sərəncamı həmin ölkələrin terrora rəvac verməsi ilə əlaqələndirib.
Samir