3 Fevral 2017 16:30
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı sərhədyanı zonaları bərpası üçün beynəlxalq razılaşmaları pozmaqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Belarus prezidenti Minskdə keçirilən mətbuat konfrasında danışıb.

Lukaşenkonun bu cür sərt çıxış etməsinə səbəb Rusiya Federal Təhlükəsizlik Şurasının saytında Belarus ilə sərhəddə - Pskovks, Smolensk və Bryansk vilayətlərində xüsusi zonaların yaradılması ilə bağlı 3 fərmanın yerləşdirilməsi olub. Qərar fevralın 7-də qüvvəyə minəcək.

"Siz təsəvvür edirsiz, dövlətlərarası müqavilələr və sazişlər mövcuddur, ancaq hansısa nazir 801, 802 və 803 nömrəli əmrləri ilə sazişləri pozur. Mən bu əmrlərin nömrələrini də deyirəm. Sizcə, bu normaldır?" - Lukaşenko deyib.

O bildirib ki, bu cür addımlar iki ölkə arasındakı münasibətləri gərginləşdirməyə yönəlib: "Bunu etmək olmaz. Onsuz da Moskva və Misnkin kifayət qədər problemləri var. Bizim üçün ruslar yad olmayıb və olmayacaq da".

Samir


Müəllif:

Oxşar xəbərlər