ABŞ prezidenti Donald Tramp Vaşiqnton və Tehran münasibətlərini dəyərləndirib.
Teleqraf.com xəbər verir ki, o, bununla bağlı Twitter hesabından açıqlama verib:
"İran odla oynayır. Onlar prezident Barak Obamanın onlara qarşı nə qədər "sədaqətli" olduğunu dəyərləndirmirlər. Mən belə olmayacam".
Trampın bu fikirlərinə İran tərəfinin cavabı gecikməyib. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Twitter-də fikirlərini bölüşüb: "ABŞ-ın təhdidlərinə boyun əyməyəcəyik. Bu mesajlarla heç vaxt müharibə başlaya bilməz".
Samir