4 Fevral 2017 11:07
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ hökuməti bundan sonra İranın hər hansı bir təhrikçi əməlinə dözməyəcək”.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Filin deyib.


Maykl Filinin fikrincə, dünya birliyi indiyə qədər İranın hər pis rəftarına dözüb və ona göz yumub: “Biz indi rəsmi Tehrana xəbərdarlıqla bildiririk ki, artıq buna dözməyəcəyik. İran anlamalıdr ki, onun Amerikaya və dünya birliyinə qarşı hücumçu və düşmənçilik hərəkətlərinə göz yummaq dövrü başa çatıb.

İran İslam Respublikası beynəlxalq terorçuluğun ən mühüm himayədarıdır. Bu ölkə Orta Şərqdə sabitliyi pozmağa çalışan zorakılıq fəaliyyətləri dəstəkləyib, özü də birbaşa həmin fəaliyyətlərin iştirakçısı olub. Bu isə yolverilməzdir”.

ABŞ Maliyyə Nazirliyi fevralın 3-də həyata keçirdiyi ballistik raket sınaqlarına görə İranın raket proqramı ilə əməkdaşlıq edən və onun genişləndirilməsinə yardım edən 25 fiziki və hüquqi şəxsə sanksiya qoyub.

Samir


Müəllif:

Oxşar xəbərlər