Trampın miqrasiya ilə bağlı qərarı ABŞ kəşfiyyatına böyük zərbə vuracaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin eks-rəhbəri Maykl Heyden söyləyib.
“Prezidentin əmri pis düşünülüb. Onun tərtib etdiyi siyahıda olan 7 ölkədən 6-sı kəşfiyyat üçün əlverişsizdir. Burada ABŞ üçün təhdid olan ünsürlərlə insan resursu olmadan fəaliyyət aparmaq mümkün deyil. Biz bu ölkələrdə yalnız pulla çalışan zəif agentlərlə təmsil olunacağıq. Onlar isə ən pis informatorlardır”, - o bildirib.
Qeyd edək ki, Tramp keçən həftə 7 müsəlman ölkəsinin vətəndaşlarına ABŞ vizası verilməsini qadağan edib. Bu ölkələr İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somalidir.