7 Fevral 2017 14:35
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Keçirdiyi ballistik raket sınaqlarına görə Amerika hökumətinin İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar rəsmi Tehrana təzyiq göstərmək üçün kifayət deyil”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Amerikanın BMT-dəki keçmiş səfiri Con Bolton “Wall Street Journal”a müsahibəsində deyib.

Müsahibə zamanı o, İranın ballistik raket sınaqlarından, Tehranla Qərb arasında əldə edilən nüvə sazişindən və prezident Donald Trampın buna münasibətindən danışıb:

“İranın son ballistik raket sınaqları bir daha göstərdi ki, bu ölkə beynəlxalq ictimaiyyətlə dil tapmaq, onunla ayaqlaşmaq niyyətində deyil. Bu isə prezident Donald Trampın nüvə sazişini ləğv etməsinə əsas verir. Hesab edirəm ki, Tramp, Qərblə İran arasında əldə edilən nüvə sazişini cırıb atmalıdır.


Bu sazişin Amerika tərəfindən imzalanması strateji bir səhvdir. Bu saziş, eləcə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnamə İranın raket proqramının və onun ballistik raket sınaqlarının qarşısını ala bilməyib. Məhz buna görə də düşünürəm ki, Tramp İranla bağlı fəaliyyətini daha sərtləşdirməlidir”.

Samir


Müəllif:

Oxşar xəbərlər