Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyada əməliyyatlarını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ötən ilin dekabrından Əl-Bab bölgəsinin azad olunması üçün başlanan əməliyyatlarda Türk ordusu uğur qazanıb.
Məlumatlara görə, ordu Əl-Baba daxil ola bilib. Bordo Berelilər terrorçuların nəzarətində olan bir çox yüksəkliyi ələ keçirib. Hazırda Əl-Babın mərkəzində küçə döyüşləri gedir. Bölgəyə çox sayda əsgər gətirilib.
Qeyd edək ki, dünən Əl-Babın Biza qəsəbəsi terrorçulardan tamamilə təmizlənmişdi.
Samir