ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın şərqindəki vəziyyəti normallaşdıracağını və Krımı bu ölkəyə qaytaracağını gözləyir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.
Bununla belə o qeyd edib ki, İŞİD də daxil olmaqla, bir çox problemləri həll etmək üçün Tramp, əvvəlki administrasiyadan fərqli olaraq, Rusiya ilə münasibətlərin yoluna düşməsini istəyir.