15 Fevral 2017 14:53
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ prezidenti Donald Trampın komandası ilə rus kəşfiyyatının əlaqələri haqqında deyilən fikirlər heç bir fakta əsaslanmır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib:

"Səhər qəzetlərini oxumayın! Bu mənim sözüm deyil. (Bu sözlər Mixail Afanasiyeviç Bulqakovun "İt ürəyi" əsərindədir - red.) Buna görə də gəlin qəzetlərə inanmayaq, indi doğru ilə yanlışı ayırmaq çətindir".

Peskov əlavə edib ki, bu informasiyada 5 fərqli mənbə göstərilib, ancaq heç birinin adları açıqlanmayıb:

"Yəqin ki, bu şəxslərin kimliyi haqqında hansısa informasiya var. Vaxt gələcək, kimsə bu fikirləri açıq söyləyəcək. Gəlin, bir yerdə gözləyək. Bu tamamilə faktsız qəzet informasiyasıdır".

Qeyd edək ki, adları açıqlanmayan amerikalı məmurlara istinadla məlumat yayan "New York Times" qəzeti 2016-cı ildə Tramp komandasının seçkilərə qədər rus kəşfiyyatı ilə sıx telefon əlaqələri saxladığını bildirib.

Samir


Müəllif: