19 Fevral 2017 09:58
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın paytaxtı Dəməşq şəhərində Bəşər Əsədə məxsus hərbi qüvvələr cənazə mərasimini "fil" mərmiləri ilə atəşə tutub.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Məlumata görə, atəş zamanı 17 nəfər həlak olub. Həmçinin daha 54 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.


Müəllif:

Oxşar xəbərlər