Qırğızıstanın Oş vilayətinin Çon-Alay rayonunda bir neçə evin qar uçqunu altında qalması nəticəsində 2 uşaq həyatını itirib.
"Report" xəbər verir ki, iki evin qardan təmizlənməsi nəticəsində 11 nəfər xilas edilib, daha iki uşağın meyiti çıxarılıb.
Xilas edilən sakinlər dərhal xəstəxanaya yerləşdirilib.