19 Fevral 2017 19:25
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu dəfəki islahat fərqlidir. Bu dəfə bütövləşəcəyik, birləşəcəyik. Çünki prezidenlik sistemi bir partiyanın, bir şəxsin deyil, 80 milyonun gələcəyi üçündür".

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışında bildirib.

Ərdoğan qeyd edib ki, sadəcə AKP üzvlərinin deyil, MHP, CHP və HDP üzvlərinin də prezidentlik sisteminə "hə" deməsini gözləyir.

Ərdoğan CHP lideri Kılıçdaroğlunun "tək adamlıq seçki" iddialarına da cavab verib.

"əsl demokrat olan hər kəs 50+1 şərtilə hakimiyyətə gələcək prezidentin millət qarşısında olan məsuliyyətini yerinə yetirməkdən başqa bir niyyətdə olmadığını bilir. Əksini deyən pis niyyətlidir. Ömüründə məhəlləsinə muxtar seçilməyəcək, hətta bəlkə də ailəsində seçki keçirilsə qalib gəlməyəcək birisinin prezidentlik sistemini "tək adamlıq" üsul adlandırması hədyandan başqa bir şey deyil", deyə Ərdoğan qeyd edib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər