"Kim Jong-Namın qətlinin arxasında Şimali Koreyanın olduğunu düşünürük".
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Cənubi Koreya Birləşmə Nazirliyinin nümayəndəsi Jeong Joon-hee bildirib.
"Şimali Koreyanın prezidenti Kim Jong-unun böyük qardaşı Kim Jong-namın Malayziyada sui-qəsd nəticəsində öldürülməsinin arxasında Pxenyanın olduğunu düşünürük. Sui-qəsdçilərin 5-i də Şimali Koreyadandır. Bu bizdə xeyli şübhələr yaradır.
Malayziya polisinin məlumatına görə, sui-qəsddə əli olan 1 nəfər həbs olunsa da, 4 nəfər ölkəni tərk edə bilib.
Kim Jong-Nam Malayziyada hava limanında öldürülüb.
Şimali Koreya Milli Kəşfiyyat İdarəsinin rəhbəri Lee Byung-ho iddia edib ki, Kim Jong-namın öldürülməsi illərdir planlaşdırılıb, amma Çin kəşfiyyatı buna mane olub.
2011-ci ildə atasının ölümündən sonra hakimiyyətə gələn Kim yeznəsini və bir neçə məmuru edam etdirib.
Kimin Milli Müdafiə Şurasının Şurasının sədr müavini olmuş yeznəsi Çang Zak rüşvət almaqda ittiham olunaraq 2013-cü ildə ac itlərə atılaraq edam edilmişdi.
Ayxan