20 Fevral 2017 15:14
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada sənaye istehsalı, əmək haqlarının artması və rublun möhkəmlənməsinə baxmayaraq, rusiyalılar ölkədə iqtisadi vəziyyətin pisləşəcəyini gözləyirlər.

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə Rusiyanın məşhur "Levada-sentr" araşdırma şirkətinin yanvar ayı sorğusunun nəticələrində məlumat verilib. Sorğuya görə, rusiyalıların 78%-i ölkənin iqtisadi böhrana doğru irəlilədiyini bildiriblər.

Qeyd edək ki, şirkətin 2016-cı ilin sentyabr sorğusunda bu göstərici 74% təşkil edib. Bu bədbin əhval-ruhiyyə öz əksini makroiqtisadi göstəricilərdə tapıb. Belə ki, ötən il Rusiyada ÜDM-in 50%-dən çox hissəsini təşkil edən istehlak həcminin göstəricisində azalma qeydə alınıb.

Xatırladaq ki, bu gün, fevralın 20-də Rusiyada pərakəndə satışın yanvar göstəricisinin açıqlanması gözlənilir ki, proqnozlara görə, bu, mənfi rəqəm olacaq. Əgər belə olarsa, o zaman bu sektorda azalma ardıcıl 25-ci ay davam edəcək. Qeyd edək ki, Rusiya iqtisadiyyatında 2016-cı ildə 0,2% azalma olsa da, pərakəndə satış və əhalinin real gəlirləri 5% düşüb.

"Bank of America"nın eksperti Vladimir Osakovskinin sözlərinə görə, pərakəndə satışda azalma pensiya və sosial transferlərin real dəyərinin düşməsi ilə əlaqədardır.


Müəllif:

Oxşar xəbərlər