22 Fevral 2017 01:53
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu iranlı həmkarı Bəhram Qasiminin Türkiyəyə qarşı səsləndirdiyi bəyanatına sərt reaksiya verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, çıxışı zamanı o, iranlı həmkarının jurnalistlərlə görüşündə işlətdiyi “İranın Türkiyə qarşısında dözümünün həddi var” cümləsinə toxunub.

Hüseyn Müftüoğlu bildirib ki, İran konstruktiv addımlar atmalı, onu tənqid edən ölkələri ittiham etmək əvəzinə özünün bölgəsəl siyasətinə yenidən baxmalıdır: “Bölgədəki böhranlar səbəbi ilə ölkəsinə pənah gətirən insanları belə savaş meydanlarına göndərməkdən çəkinməyən bir ölkənin regiondakı gərginliyin və sabitsizliyin səbəbkarı olaraq başqalarını ittiham etməsini qəbul etmək və anlamaq mümkün deyil”.

Qeyd edək ki, Qasimi fevralın 20-də jurnalistlərə açıqlamasında Türkiyə qarşı sərt bəyanatlar səsləndirib: “Türkiyədəki uğursuz hərbi çevrilişdən sonra İran ən həssas bir zamanda bu ölkəyə dəstək verdi. Lakin bilmirik ki, onların sərgilədiyi bəzi mövqelərinə haqq qazandırmalıyıq yoxsa ki, yox. Hazırda Türkiyədə nigaranlığa səbəb olan qeyri sabit vəziyyət hakimdir. Bu ölkənin bəzi siyasətçiləri qabaqdan gəlmişlik edir, bununla da öz daxili və xarici problemlərini ört-basdır etməyə çalışırlar. Ümid edirəm ki, Türkiyə rəsmiləri bundan sonra İranla bağlı səsləndirəcəkləri bəyanatlarda daha həssaslıqla yanaşacaq, bizi onlara cavab verməyə məcbur etməyəcəklər. Türkiyə qarşısında bir dözümlüyük və səbr edəcəyik. Lakin bu dözümün də bir həddi var”.

Samir


Müəllif:

Oxşar xəbərlər