ABŞ Mərkəzi Qüvvələr komandanı Cozef Votel dünən Suriyaya səfər edib.
Teleqraf.com xəbər verir ki, Suriya Demokratik Qüvvələrinin sözçüsü Talal Sülo bəyan edib ki, general Votel onlara silah veriləcəyini deyib.
Prezident Obama dövründə də Votel Suriyaya belə səfərlər etmişdi. Ancaq Trampdan sonra ilk dəfədir general Cozef Votel İŞİD-ə qarşı döyüşən Suriya Demokratik Qüvvələrinin bir sıra komandirləri ilə görüşür.
Pentaqon general Votelin Suriya səfərini şərh etməyib.
Generaldan bir az əvvəl məşhur senator Con Makkeyin də Suriyaya səfər etmişdi.
Cavad