Rusiyanın paytaxtı Moskvada müxalifət nümayəndələri mərhum siyasətçi, partiya sədri Boris Nemtsovu anma aksiyası keçirir.
Teleqraf.com "İnterfaks"a istinadən bildirir ki, paytaxt polisi aksiyanın keçirildiyi ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.
Xatırladaq ki, müxalif siyasətçi Boris Nemtsov 27 fevral 2015-ci ildə Böyük Moskva çayı körpüsündə, bilavasitə Kremlin yaxınlığında öldürülmüşdü.