27 Fevral 2017 15:01
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın vitse-prezidenti Mayk Pens “Respublikaçı Yəhudilər Koalisiyası”nın toplantısında çıxış edərək, İranın bölgə ölkələrinin daxili işlərinə qarışmasından, terrorçuluğa dəstəyindən və nüvə sahəsindəki fəaliyyətindən danışıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Pens İranı regionda terrorçuluğun əsas himayədarı adlandırıb.

O bildirib ki, rəsmi Tehran uzun illər Livanda, Suriyada, Qəzza zolağında və digər yerlərdə dəstəklədiyi terrorçu qruplaşmalara pul və silah göndərib:

“Amerika hökuməti və onun yeni prezidenti Donald Tramp İranın nüvə silahına yiyələnməsinə heç vaxt icazə verməyəcək. Biz bunun qarşısında dayanacağıq. Bu isə bizim sizin və dünyanın qarşısında üzərimizə götürdüyümüz öhdəlikdir”.

Samir


Müəllif:

Oxşar xəbərlər