ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Yəmənə aviazərbələr endirib.
Hücumda Əl Qaidə liderlərinin öldürüldüyü bildirilib.
Qeyd edək ki, ABŞ tərəfindən Yəməndə bundan öncəki əməliyyat 29 yanvar tarixində həyata keçirilmişdi. Həmin hava zərbəsi nəticəsində 14 Əl Qaidə üzvü və xeyli mülki şəxs həlak olmuşdu.
/Axar.az/