3 Mart 2017 01:14
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusunun nəzarətində olan Fikha Sagir kəndinə daxil olmağa çalışan Bəşər Əsədə sadiq əsgərlər geri çəkilmək məcburiyyətində qalıb.

Ordu müttəfiq qüvvələrin ağır artilleriya zərbəsinə tab gətirə bilməyib və itki verib.

Şiddətli atışma zamanı Əsəd ordusundan 2 əsgərin də girov götürüldüyü bildirilib.

Nisbi sakitlikdən sonra kəndin bir neçə ərazisinə Türkiyə bayraqları sancılıb.

/Axar/


Müəllif:

Oxşar xəbərlər