4 Mart 2017 00:28
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dövlət katibi Reks Tillerson və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan arasında telefon danışığı olub.


Bu barədə Ermənistan XİN-in məlumatında deyilir.

Məlumata görə, tərəflər münaqişənin sülh yolu ilə nizamlanması üzrə fikir mübadiləsi aparıblar.

"Söhbət zamanı Vyanada və Sankt-Peterburqda tərəflər arasında əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi ABŞ-ın münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcəyini bildirib", - məlumatda deyilir.

/APA/


Müəllif:

Oxşar xəbərlər