Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili “Yeni Ukrayna”nın banilərindən biri olmaq arzusundadır.
Publika.az xəbər verir ki, o, bu haqda LIGA.net portalına bildirib.
“Onlardan biri olarsam, mənim üçün çox böyük şərəf olacaq. Ceferson, Vaşinqton və Hamilton nə vaxtsa ABŞ-ı yaratdılar.
Saakaşvilinin bu yaxınlarda qeydiyyata alınan "Yeni güclərin hərəkatı" üzərinə belə bir vəzifəni götürüb. Onun sözlərinə görə, Kiyevdəki indiki hakimiyyət ölkəni dəyişmək şansını əldən verib.