9 Mart 2017 12:44
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən keçmiş polis məmuru Mövlud Mərt Altıntaşla bağlı yeni məlumatlar yayımlanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, məlumatlar Altıntaşın kompüterinin araşdırılmasından sonra ortaya çıxıb.

Bildirilib ki, o, terror aktını törətməmişdən əvvəl Google-da ABŞ-ın bu ölkədəki səfiri Con Bass ilə bağlı bir sıra axtarış işləri aparıb. İddialara görə, Altıntaş Karlov ilə Bass arasında seçim etməli olub.

Qeyd edək ki, Altıntaş ötən ilin dekabrında Ankarda sərgiyə qatılan rus səfirini üzərində gəzdirdiyi silahdan atəş açaraq öldürüb.

Samir


Müəllif:

Oxşar xəbərlər