Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasındakı Moskvada keçirilən görüş başa çatıb.
Saat 16:19
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında geniştərkibli görüş keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüşdün əvvəlində hər iki lider mətbuata qısa açıqlama veriblər.
Putin uzun müddətdən sonra geniş formatda görüşün keçirilməsindən məmnunluğunu ifadə edib: "Rusiya-Türkiyə əlaqələrinin genişlənməsi üçün səyləri artırmalıyıq. Başda Suriya böhranı olmaqla dünyadakı problemləri müzakirə edəcəyik. Hərbi və özəl xidmətlər arasında görüşlər davam edir. Rusiya və Türkiyə son zamanlar Suriya da daxil olmaqla bir çox məsələlərin həllində aktiv rol oynayır".
Öz növbəsində, Ərdoğan rusiyalı həmkarına isti qarşılanmaya görə təşəkkür edib. O bildirib ki, görüş zamanı bir çox sənədlərin imzalanacağına ümid edir. Ərdoğan əsas diqqəti "Türk Axını" və "Akkuyu" AES layihəsinə çəkib.
Daha sonra görüş mətbuata qapalı formada davam edib.
Qeyd edək ki, ikitərəfli və geniştərkli görüşdən sonra liderlər Rusiya-Türkiyə Yüksək səviyyəli Əməkdaşlıq Şurasının iclasına qatılacaqlar.
Samir