13 Mart 2017 22:40
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İnın qardaşı Kim Çen Namın qətlini ABŞ-la Cənubi Koreya təşkil edib. Qətldə istifadə edilən kimyəvi maddə isə ABŞ-ın kimyəvi silah ehtiyatlarından ola bilər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının BMT-dəki daimi nümayəndəsi Kim İn Rön bəyan edib.

Onun sözlərinə görə, hadisə rəsmi Pxenyana təzyiq göstərmək, nəyin bahasına olursa-olsun KXDR-ə qarşı nüvə müharibəsi başlamaqdır.

Üzərinə zəhərli dəsmal atılan Kim Çen Nam fevralın 14-də Malayziyanın paytaxtı Kuala-Lumpurda xəstəxanaya aparılarkən vəfat edib. Qətldə istifadə edilən zəhərli maddənin əsəb sistemini iflic edən “VX Nerve Agent” adlı maddə olduğu müəyyən edilib.


Müəllif:

Oxşar xəbərlər