21 Mart 2017 13:05
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donbas separatçilari ilə rəsmi Ukraynanin qarşıdurması kimi təqdim edilən müharibə əslində Ukraynaya qarşı işğal siyasətidir. Hesab edirəm ki, məsələyə bu prizmadan yanaşmaq daha doğru olar”.

Teleqraf.com xəbər verir ki, bunu hazırda Ukraynada yaşayan Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev deyib.

Onun sözlərinə görə, sirr deyil ki, Donbasda olan separatçılar birbaşa Rusiya ilə əlaqəli şəxslərdir və göstərişi də oradan alırlar: “Ukrayna vətəndaşları qəhrəmanlıqla işğala qarşı vuruşmasa, dünya birliyi çevik tərpənərək Rusiyaya qarşı ciddi iqtisadi və diplomatik sanksiyalar tətbiq etməsəydi, fikrimcə, indi Rusiya Ukraynanın içərilərinə doğru daha çox irəliləyə bilərdi”.

Fəhmin Hacıyev söyləyib ki, hazırda Rusiya Minsk danişiqlarina məcbur edilib və üzərinə öhdəliklər qoyulub: “Həmçinin ATƏT-ə konflikti nəzarətə götürmək üçün geniş səlahiyyətlər verilib. Hazirda münaqişə bölgəsində atilan hər bir mərmi qeyd olunur və müxtəlif yollarla Rusiyaya təzyiqlər edilir.

Ukrayna öz ərazilərinin işğalına görə Rusiyanı beynəlxalq məhkəməyə verib. Artıq bu istiqamətdə dinləmələr başlayıb. Zənnimcə, Rusiya bütün vasitələrlə küncə sıxışdırılıb.

Münaqişə bölgəsində hazırda atışmalar müvəqqəti xarakter daşıyır. Qeyd edim ki, Ukrayna vətəndaşları və ordusu hazırda Donbas istiqamətində qərarlaşıb və qarşı tərəfin təxribatlarına cavab verir”.

Cavad


Müəllif:

Oxşar xəbərlər