21 Mart 2017 16:27
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Aleksandr Lukaşenko Belarusda silahlı təxribata hazırlaşan onlarla silahlının saxlandığını açıqlayıb.

APA-nın BelTA agentliyinə istinadən verdiyi məlumata görə, Lukaşenko silahlıların düşərgələrdə təlim keçdiyini və təxribat üçün əlverişli məqam gözlədiyini bildirib.

Belarus prezidenti silahlıların təlim keçdikləri düşərgələrdən birinin Bobruyska rayonunda olduğunu qeyd edib: “Digər düşərgələr Ukraynadadır”. Aleksandr Lukaşenko Polşa və Litvada da silahlıların düşərgəsi olduğunu istisna etməyib: “Silahlılara pul Polşa və Litvadan gəlib”.

Belarus prezidenti Avropa İttifaqı ölkələrində yaşayan bir belarus qadının səfirliyə müraciət etdiyini və təxribat barədə xəbər verdiyini nəzərə çatdırıb: “Həmin vətəndaşımızın məktubundan sonra biz araşdırmalara başladıq və maraqlı nəticələr əldə edildi. Bundan sonra detallı araşdırmaq lazımdır ki, silahlılara pul haradan və necə gəlib, onların hazırlığı ilə kim məşğul olub, bu cinayətkarlar hansı ölkələrdən gəliblər. Belarus həmişə istənilən qanunsuz hərəkətin qarşısını almağa hazırdır”.


Müəllif:

Oxşar xəbərlər