24 Mart 2017 13:46
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın paytaxtı Londonda baş verən terror aktı zamanı baş nazir Tereza Mayın mühafizəçilərin əhatəsində tələm-tələsik parlamentdən çıxdığı görüntüləri yayımlanıb.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniya doğumlu terrorçu Xalid Masood Londonda parlamentə hücum edib və polislər tərəfindən öldürülüb. Qatilin hücumu zamanı 5 nəfər həlak olub, onlarla insan yaralanıb.


Baş nazirin parlamentdən çıxdığı anların görüntüsündən isə bəlli olur ki, terrorçu Xalid Masood Tereza Maya yaxınlaşa bilib. “Daily Mail” qəzeti hətta qatillə baş nazir arasında məsafənin 90 metr məsafə olduğunu yazıb.

Bir şahid isə qeyd edib ki, baş nazir May parlament binasından çıxdıqdan sonra terrorçu Masoodun öldürüldüyü həyətə doğru irəliləyib, lakin polis tərəfindən hərəkət istiqaməti dəyişdirilib.

Video və foto görüntülərdə baş nazirin mühafizəçilərinin əhatəsində parlament binasından çıxdığı və zirehli "Yaguar" markalı avtomobilinə doğru getdiyi bəlli olur.

Cavad


Müəllif:

Oxşar xəbərlər