26 Mart 2017 01:52
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Ankaradakı səfirinin müavini Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Teleqraf.com-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, diplomatın çağırılmasına səbəb PKK-nın İsveçrənin paytaxtı Berndə mitinq keçirməsi olub.


PKK-nın aksiyasında Türkiyə prezidentinin ünvanına təhdidlər səsləndirilib. İsveçrədə Türkiyədəki referendum əleyhinə keçirilən mitinqdə "Ərdoğana ölüm" şüarları səsləndirilib.

İsveçrənin səfiri Valter Xafner Ankarada olmadığından etiraz onun müavininə bildirilib.


Müəllif:

Oxşar xəbərlər