26 Mart 2017 22:14
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşmasının silahlıları tərəfindən işğal olunmuş İraqın Mosul şəhərinin qərb hissəsində dağıdılmış binanın qalıqları altından 60-dan çox cəsəd çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə İraq hərbçilərinin bəyanatına istinadən "Reuters" agentliyi məlumat yayıb.
"Dağıntılar altından 61 meyit çıxarılıb", - deyə bəyanatda deyilir.

İraq hərbi komandanlığı şahidlərin söylədiklərinə əsasən, İŞİD yaraqlılarının sakinləri zirzəmiyə yığaraq binanı minaladıqlarını da xəbər verib. Hərbçilər bildiriblər ki, binanın hava zərbələri nəticəsində dağıdılmasına dair heç bir əlamət yoxdur.

"Səhra komandirlərindən ibarət hərbi ekspertlər qrupu KİV-in məlumatına görə tamamilə dağıdılmış binanı yoxlayıb. Bütün divarlar minalanıb", - deyə məlumatda vurğulanır.

Bu arada "Reuters" hərbçilərin açıqlamasının yerli hakimiyyətin və şahidlərin xəbərlərindən fərqləndiyini də bildirib. Belə ki, onların məlumatında, İŞİD yaraqlılarına qarşı yönəlmiş koalisiyanın zərbə nəticəsində uçmuş binanın dağıntıları altından 200-ə yaxın cəsədin çıxarıldığı qeyd olunur.


Müəllif:

Oxşar xəbərlər