ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Qərblə İran arasında imzalanmış nüvə sazişini kəskin tənqid edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, bununla bağlı Amerikada İsrailin ən böyük lobbisi kimi tanınan “AİPAC” iclasında çıxış edərkən danışıb.
Haley bildirib ki, əldə edilən nüvə sazişi və onunla bağlı baş verənlər yalnız İranla Rusiyanın gücləndirilməsinə səbəb olub: “Ümumiyyətlə ortaya belə bir sual çıxır ki, bu saziş niyə formalaşdı və niyə qəbul edildi. Bunlar məndən qabaq baş verib. Bu isə bir dəhşətdir. İranın bu sazişin icrası ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl edib-etmədiyi məsələsinə gəlincə, biz şahin kimi İranı və onun bütün hərəkətlərini nəzarətdə saxlayacağıq.
Vaşinqtonla Tel-Əviv münasibətləri haqda onu deyə bilərəm ki, biz Vaşinqtonun İsrailə verdiyi dəstəyinə heç kəsin şübhə ilə baxmasına icazə verməyəcəyik. İsrailə zərbə vurmaq dövrü artıq geridə qalıb. Mən hamını əmin etmək istəyirəm ki, Amerika vəziyyətə nəzarəti yenidən ələ alıb”.
Samir