Ukrayna ticarət və energetika nazirinin sabiq müavini İqor Kiryuşin Gürcüstanda saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukraynanın baş prokuroru Yuri Lutsenko Facebook hesabında məlumat verib.
Onun sözlərinə görə, Kiryuşin sabiq prezident Viktor Yanukoviçin cinayət işi üzrə Ukraynanın tələbi ilə saxlanılıb. Lutsenko əlavə edib ki, Ukraynaya ekstradisiya edilməsi üçün sabiq nazir müavini barəsində 90 sutkalıq həbs cəzası seçilib.
Samir