Ukraynanın Mariupol rayonunda partlayış baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ukrayna Baş Prokurorluğu partlayışı terror aktı kimi qiymətləndiriblər.
Partlayış zamanı Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Aleksandr Xaraberyuş ölüb. Bununla bağlı UTX-nin mətbuat xidmətinin rəhbəri Vasili Qrutsak məlumat verib:
"Terror aktı Xaraberyuşun avtomobilinin yaxınlığında baş verib. Hadisə ilə bağlı cinayət işi başlanıb".
Samir