Əfqanıstanın Milli Təhlükəsizlik Qüvvələri (ƏMTQ) gün ərzində ölkənin 34 əyalətindən 11-də aparılan anti-terror reydləri zamanı 27 terrorçunu zərərsizləşdiriblər.
“Report” xəbər verir ki, bu barədə şənbə günü İslam Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, eyni zamanda 6 terrorçu əsir götürülüb, həmçinin 17-si yaralanıb.
Bununla yanaşı, çoxlu sayda döyüş sursatı aşkar edilərək götürülüb, 1 minalanmış avtomobil, üç motosiklet və terrorçuların sığınacağı məhv edilib. Hərbçilər tərəfindən itkilər barədə məlumat verilmir.