3 Aprel 2017 19:41
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tatarıstan prezidenti Rüstəm Minnixanov baş nazir İldar Xalikovun istefasını qəbul edib. Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə region hakimiyyətinin rəsmi portalında məlumat yerləşdirilib.

“Rüstəm Minnixanov İldar Xalikovun başqa işə keçməsi ilə əlaqədar baş nazir vəzifəsindən azad edilməklə bağlı müraciətini təmin edib. Tatarıstan baş naziri səlahiyyətlərinin icrası baş nazirin birinci müavini Aleksey Pesoşinə həvalə olunub”, deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün “Tatenerji” kompaniyasının direktorlar şurası “Svyazinvestneftkimya” səhmdar cəmiyyəti ilə birləşmək barədə qərar qəbul edib. Birləşmiş şirkətə rəhbərlik İldar Xalikova təklif edilib. İ.Xalikov aprelin 4-dən sözügedən şirkətin baş direktoru vəzifəsini icra edəcək. “Xalikov Tatarıstanın enerji sektoru üzrə əsas şirkətin direktorlar şurasının rəhbəri kimi işini davam etdirəcək”,, deyə məlumatda bildirilir.

Onu da bildirək ki, İ.Xalikov Tatarıstanın baş naziri vəzifəsini 2010-cu ildən icra edirdi.

Səxavət


Müəllif:

Oxşar xəbərlər