5 Aprel 2017 18:45
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraq Kürd Muxtariyyətinin rəsmiləri referendum və Kərkükdə asılan kürd bayrağı məsələsinin müzakirəsi üçün Bağdada gediblər.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, Şimali İraq Kürd Muxtariyyətinin nümayəndəsi Adnan Müfti Kərkük şəhərində Kürdüstanın bayrağının endirilməyəcəyini bəyan edib.

Qeyd edək ki, İraqın baş naziri Heydər İbadi Kərkük rəhbərliyinə milli birlik çağırışı edərək, bayrağın endirilməsini istəmişdi. Bir çox fərqli etnik və dini cəmiyyətin bir yerdə yaşadığı Kərkükdə sülhün olmasının vacibliyini vurğulayan İbadi İraq dövlət televiziyasında çıxışı zamanı da Kərkük valisi Nəsməddin Kərimə bayrağı endirməyi tapşırıb: “Mən bütün iraqlıların baş naziri, siz Kərkükün valisisiniz. Bir qrupun tərəfini tutaraq kürəyinizi digər qrupa tərəf döndərsəniz, bu, uğurlu fəaliyyət olmaz”.

Buna rəğmən, Bərzaninin nümayəndəsi Adnan Mufti “Kərkükdə Kürdüstanın bayrağı heç bir halda endirilməyəcək. Əgər bununla bağlı bir qərar veriləcəksə, bunu ancaq Kərkük şəhər Məclisi verə bilər". deyib.


Xatırladaq ki, Kərkük şəhər rəhbərliyinin məclisi martın 28-də rəsmi binalarda İraq bayrağı ilə yanaşı Kürdüstan bayrağının da asılması haqda qərarı təsdiqləyib.

Cavad


Müəllif:

Oxşar xəbərlər