5 Aprel 2017 22:10
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburq metrosunda terror aktı törədən Akbarjon Cəlilovun şəxsiyyəti müəyyənləşdirib.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, bu DNT ekspertizası nəticəsində mümkün olub.

Onun sözlərinə görə, yaxın müddət ərzində A.Cəlilovun valideynlərinin iştirakı ilə tanınma proseduru keçiriləcək. Hazırda istintaq Sankt-Peterburqda metroda partlayıcı qurğunu işə salan terrorçunun əlaqələrini araşdırır.

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 14 nəfər ölüb.


Müəllif:

Oxşar xəbərlər