İŞİD terror qruplaşması Rusiyanın Həştərxan şəhərində Rusiya Milli Qvardiyasının əməkdaşlarına silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Amaq” portalı (İŞİD-in informasiya xidməti) bildirib.
Portalın yazdığına görə, məhz qruplaşmanın üzvləri aprelin 4-də Həştərxanda iki polisi öldürüblər, həmçinin eyni şəhərdə aprelin 6-da gecə saatlarında Milli Qvardiyanın əməkdaşlarına atəş açıblar.
Bu gün əvvəl yayılan xəbərə görə, Milli Qvardiyanın əməkdaşlarına hücum edən 4 döyüşçü öldürülüb.